`İstəyirsən bal-çörək...` - Yarmarka olacaq
16:40 21 Sentyabr 2016
Sentyabrın 15-dən başlayaraq bal yarmakasında iştirak etmək üçün 170 nəfər arıçı elektron qeydiyyatdan keçib.
Bu barədə Femida.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib. O qeyd edib ki, bu ildən bal yarmarkasının ünvanı dəyişəcək.
“Oktyabrın 15-dən noyabrın 15-dək Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Amay” ticarət mərkəzində arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək. Bu addımın atılmasına səbəb həm arışıların, həm də alıcıların rahatlığını təmin etməkdir. İştirak etmək istəyən arıçılardan Kənd Təsərrüfatı Nazirliyinin “1652” nömrəli Çağrı mərkəzinə müraciət (zəng) edərək qeydiyyatdan keçmək xahiş olunur. Yarmarkada yalnız arıçılıq fəaliyyəti ilə məşğul olan (arı saxlayan və arıçılıq məhsulları istehsal edən) fiziki və ya hüquqi şəxslər iştirak edə bilərlər”.
M.Hacıyev bildirib ki, arıçıların elektron qeydiyyatı oktyabrın 7-ə qədər davam edəcək: “Arıçıların istehsal etdikləri məhsulları anbara təhvil verməsi oktyabr ayının 1-dən 8-ə qədər davam edəcək. Arıçılar ilk növbədə bu sənədləri təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsi, Arıxananın baytarlıq-sanitariya pasportu (şəhadətnaməsi), Rayon (şəhər) baytarlıq idarəsindən verilən baytarlıq şəhadətnaməsi (Forma № 2), Sərgi-satış yarmarkasında nümayiş etdiriləcək (satılacaq) arıçılıq məhsullarının Zona Baytarlıq Laboratoriyasında müayinəsi barədə ekspertiza rəyi.
Bu il əsas yeniliklərdən biri yarmarkanın keçirildiyi bir ay müddətində şəffaflığın və təhlükəsizliyin təmin olunması məqsədi ilə arıçılıq məhsullarının müvəqqəti saxlanma anbarında və satış pavilyonlarında quraşdırılmış müşahidə kameraları vasitəsi ilə də nəzarət həyata keçiriləcək. Bu müddətdə Baytrlıq Xidməti tam gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. çalışacayıq ki, saxta bal yarmarkaya çıxarılmasın”.
Femida.az
Oxunub: 1641
Oxşar xəbərlər
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Mübahisə qanla bitdi: 32 yaşlı kişi bıçaqlandı
- Çitə, məhrək, deltaplan... - Orfoqrafiya sözlüyündə yeni sözlər
- Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq
- Bakıda üçmərtəbəli bina yandı - Ev sahibi xilas edildi
- Yeni ili sərxoş qarşılayanlar... - 13 nəfər ölümdən döndü
- Türkiyə XİN: `ABŞ İrandakı hadisələri qızışdırır`
- Ruhani söz verdi: İqtisadi problemlər həll ediləcək
- Oqtay Şirəliyev: “Təbabət elmimiz zamanla ayaqlaşmır”
- Bakı sakinlərinə ŞAD XƏBƏR: Avtobuslar bu saata qədər işləyəcək